Azərbaycanda dövlət əhəmiyyətli hidrotexniki qurğular siyahısına dəyişiklik edilib

Azərbaycanda dövlət əhəmiyyətli hidrotexniki qurğular siyahısına dəyişiklik edilib
# 27 oktyabr 2014 09:40 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən su mühiti ilə qarşılıqlı təsirdə olan, dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi və gəmilərin dayanması üçün nəzərdə tutulmuş mühəndis-texniki qurğular dövlət əhəmiyyətli hidrotexniki qurğular siyahısına daxil edilib.

APA-nın məlumatına görə, bununla bağlı Nazirlər Kabineti “Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısı, mühafizə rejimi və təhlükəsizliyi üzrə Təsnifatı”nın, “Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları”nın və “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edilib.

Bu mühəndis-texniki qurğularının mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadə rejimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmaqla Energetika Nazirliyi və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən ediləcək və Nazirlər Kabineti tərəfindən təsdiqlənəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR