“Azərreyl” Belarus millisinin voleybolçusunu transfer edib

“Azərreyl” Belarus millisinin voleybolçusunu transfer edib
# 16 sentyabr 2014 09:57 (UTC +04:00)

Bakı – APA. “Azərreyl” yeni mövsüm üçün ilk legioner transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” Belarus millisinin hücumçusu Oksana Kovalçukla anlaşıblar.

2011/2012 mövsümündə, “Azəryol”un “Azərreyl” olduğu vaxtda da Bakı təmsilçisinin şərəfini qoruyan 35 yaşlı voleybolçu ilə 1 illik müqavilə bağlanılıb.

188 sm boya malik Kovalçuk yerli “Pribujye” klubundan transfer olunub. O, “Azərreyl”i tərk etdikdən sonra ana olduğu üçün 1 il meydandan kənar da qalib.

Azərbaycan Super Liqasında medal qazana bilməyən Kovalçuk Belarus çempionatının 2 dəfə ikincisi, eyni sayda üçüncüsü olub. Hücumçu həmçinin, ölkəsində kubokun sahibi və Rusiya kubokunun finalçısı olub.

Qeyd edək ki, “Azərreyl” Kovalçukdan öncə Azərbaycan millisinin oyunçuları – Aynur Kərimova, Şəfaqət Həbibova və İrina Makarenko ilə müqaviləni 1 illik artırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR