Ərdoğanın andiçmə mərasiminə Ermənistan da dəvət edilib - VİDEO

Ərdoğanın andiçmə mərasiminə Ermənistan da dəvət edilib - <span style="color: red;">VİDEO
# 25 avqust 2014 09:04 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Türkiyənin yeni seçilmiş prezidentinin andiçmə mərasiminə Ermənistan da dəvət edilib.

APA - nın “Armenia Today”a istinadən verdiyi məlumata görə, bunu Ermənistan prezidenti Serj Sarkisyan “Miasin 2014” forumunun iştirakçılarının suallarını cavablandırarkən deyib.

S.Sarkisyanın sözlərinə görə, böyük ehtimalla Ermənistan Türkiyə prezidentinin andiçməsi mərasiminə xarici işlər naziri səviyyəsində qatılacaq.

“Nazirimiz Türkiyə prezidentinin gələn il aprelin 24-də “erməni soyqırımı qurbanları”nın xatirəsinin 100 illiyi ilə əlaqədar keçiriləcək mərasimə qatılıb-qatılmayacağı ilə bağlı maraqlanacaq”, - deyə o vurğulayıb.

Ermənistan-Türkiyə sərhədinin açılmasına gəldikdə isə S.Sarkisyan konkret tarix açıqlamaqda çətinlik çəkdiyini söyləsə də, qeyd edib ki, Ermənistan tərəfi bunun mümkün qədər tez olmasını arzulayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR