İstanbulda beynəlxalq aviasiya sərgi-şousu başlayıb

İstanbulda beynəlxalq aviasiya sərgi-şousu başlayıb
# 25 sentyabr 2014 11:09 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Bu gün İstanbulda «Istanbul Airshow-2014» beynəlxalq aviasiya sərgi-şousu başlayıb. APA-nın aviaşounun təşkilat komitəsinə istinadən verdiyi məlumata görə, sərgi-şouda mülki və hərbi aviasiya texnikaları, aeroport xidmət vasitələri, aviasiya ilə bağlı müxtəlif texnologiyalar sərgilənir.

Aviaşou çərçivəsində müxtəlif təyyarələrin iştirakı ilə akrobatik uçuşlar reallaşdırılacaq.

Aviaşouda Azərbaycanı iştirakçı qismində “Silk Way” aviaşirkəti təmsil edir. Tədbirdə Azərbaycandan ziyarətçi qismində mütəxəssislər də qatılıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR