AFFA Robert Prosineçkinin millinin baş məşqçi postuna gətiriləcəyini təkzib edir

AFFA Robert Prosineçkinin millinin baş məşqçi postuna gətiriləcəyini təkzib edir
# 31 oktyabr 2014 11:28 (UTC +04:00)

Bakı - APA. Bakı - APA. Berti Foqtsun istefasından sonra boş qalan Azərbaycan yığmasının baş məşqçisi vəzifəsinə Robert Prosineçki gətirilir. Apasport.az saytının xəbərinə görə, bu iddia ilə Xorvatiya mətbuatı çıxış edib.

Bildirilir ki, Fransada AFFA rəhbərliyi və xorvatiyalı məşqçi arasında görüş keçirilib. Tərəflər arasında uzun söhbətdən sonra razılıq əldə olunub və Xorvatiya millisinin sabiq məşqçisi noyabrın 4-də Bakıya gələrək, 1 illik müqavilə imza atacaq.

İddiaya əsasən, millimiz noyabrın 16-da AVRO-2016-nın seçmə qrup mərhələsinin Norveçlə oyununa da məhz “Srvena Zvezda” (Serbiya) və “Kayserispor” (Türkiyə) klublarının sabiq çalışdırıcısının rəhbərliyi altında çıxacaq. Həmkarlarımız Prosineçkinin Azərbaycanda işlədiyi müddətdə qazancını da yazıblar: 1 ilinə 3 milyon dollar.

AFFA isə bunun həqiqəti əks etdirmədiyini açıqlayıb. Yığmanın baş məşqçisi postuna Prosineçkinin gətiriləcəyinə dair yayılan informasiyalara münasibət bildirən qurum xorvatiyalı mütəxəssislə görüşün olduğu təsdiqləsə də, onun baş məşqçi postuna gətirilməyəcəyi bildirilib: “Bəzi KİV-lərdə AFFA-nın Azərbaycan – Norveç oyununa qədər yeni baş məşqçi ilə müqavilə bağlayacağı barədə yayılmış xəbərlər həqiqəti əks etdirmir. AFFA rəhbərliyinin göstərişinə əsasən, assosiasiyanın nümayəndələri 10 nəfərdən artıq mütəxəssislə, həmçinin Robert Prosineçki ilə görüşüb. Bu görüşlərin hamısı tanışlıq xarakterlidi və tərəflər arasında hər hansı öhdəlik götürülməyib. Yaxın günlərdə proses barədə əlavə məlumat veriləcək, AFFA nümayəndələrinin görüşdüyü digər məşqçilərin bəzilərinin adı açıqlanacaq, digərləri isə mütəxəssislərin öz xahişinə əsasən məxfi saxlanılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR