TQDK rezidenturaya qəbul olunanlara xəbərdarlıq edib

TQDK rezidenturaya qəbul olunanlara xəbərdarlıq edib
# 12 avqust 2014 08:34 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. 2014-2015-ci tədris ili üçün rezidenturaya qəbul olunanlar avqustun 15-dək Səhiyyə Nazirliyində qeydiyyatdan keçməlidirlər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən məlumata görə, qeydiyyatdan keçmək üçün iş nömrəsi, şəxsiyyət vəsiqəsi və onun surəti, ali tibb təhsili haqqında sənəd (diplom) və onun surəti tələb olunur.

Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR