Nazir: “Azərbaycan Avropa Şurasının sosial firavanlığın təminatına yönələn bütün təşəbbüslərini qəbul etməkdə maraqlıdır” - FOTO

Nazir: “Azərbaycan Avropa Şurasının sosial firavanlığın təminatına yönələn bütün təşəbbüslərini qəbul etməkdə maraqlıdır” - <span style="color: red;">FOTO
# 11 sentyabr 2014 07:58 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Bakıda keçirilən Avropa Şurasının (AŞ) üzv dövlətlərində Sosial Birlik üzrə Strategiya və Fəaliyyət Planının icrası üzrə konfrans çərçivəsində AŞ Nazirlər Komitəsinin sosial və səhiyyə məsələləri üzrə məruzəçi qrupunun sədri Ana Vukadinoviç ilə görüşüb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə AŞ Baş Katibliyinin nümayəndəsi, İnsan ləyaqəti və bərabərlik direktoratlığının ayrı-seçkiliklə mübarizə və sosial birlik departamentinin rəhbəri Mariya Oçoa-Llido və AŞ Bakı ofisinin rəhbəri Draqana Filipoviç də iştirak edib.

Nazir bildirib ki, Azərbaycanla AŞ arasında intensiv xarakter alan əməkdaşlıq ölkəmizin bu təşkilatın insan hüquqları, həmçinin sosial hüquqlarla bağlı mütərəqqi dəyərlər sisteminə aktiv şəkildə qoşulması ilə müşahidə olunur: “Bu vaxta qədər AŞ-nın Azərbaycan tərəfindən ratifikasiya olunmuş 59 konvensiyasından 52-si məhz sosial hüquqlarla bağlıdır. Sosial dövlət statusunu daim gücləndirən Azərbaycan AŞ-nın sosial firavanlığın təminatına yönələn bütün təşəbbüslərini qəbul etməkdə maraqlıdır. Eyni zamanda, ölkəmiz sosial-iqtisadi inkişafın əsas meyarı olan sosial birlik prinsiplərinin təşviqi və təbliği, üzv ölkələr arasında bununla bağlı səmərəli əməkdaşlığın qurulması sahəsində AŞ-nın səylərinə öz töhfəsini verməyə çalışır”.

A. Vukadinoviç qeyd edib ki, AŞ-na üzv dövlətlərdə Sosial Birlik üzrə Strategiya və Fəaliyyət Planının icrası üzrə Bakıda keçirilən konfrans bu mövzu ilə bağlı 2014-cü il ərzində Avropa məkanında ilk geniş tərkibli tədbirdir. Konfrans sosial birlik modelinin tətbiqi sahəsində əldə olunan uğurlu təcrübələrin üzv ölkələrdə mübadiləsi, eləcə də sosial birlik üçün bu və ya digər arzuolunmaz situasiyalardan çıxış yollarının birgə müzakirələrlə müəyyən olunması baxımından xüsusi önəm kəsb edir.

Görüşdə Sosial Birlik üzrə Strategiyanın 2015-ci ildə nəzərdə tutulan icmalı və yenidən işlənməsi, habelə qarşılıqlı əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR