Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarının təlimlərində “Buk-MB” zenit-raket komplekslərindən istifadə olunub - FOTOSESSİYA - VİDEO

Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarının təlimlərində “Buk-MB” zenit-raket komplekslərindən istifadə olunub - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 14 avqust 2014 13:40 (UTC +04:00)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun bilavasitə rəhbərliyi ilə keçirilən təlimlərin əsas məqsədi şəxsi heyət tərəfindən döyüş tapşırığının düzgün yerinə yetirilməsinin müəyyən edilməsi, hərəkətdə olan qoşun qruplaşmalarının, mühüm hərbi və mülki obyektlərin hava zərbələrindən mühafizəsinin təşkil olunmasıdır.

Təlimlər zamanı ehtimal olunan düşmənin intensiv radioelektron və atəş təsiri şəraitində pilotsuz və pilotlu hava hücumu vasitələrini, digər hava hədəflərini, o cümlədən, ballistik və qanadlı raketləri aşkarlamaq, tanımaq, avtomatik izləməyə götürmək və atəşlə məhv etmək kimi praktiki məşqlər həyata keçirilib.

Müdafiə naziri tərəfindən qoyulan tapşırıqlar Hava Hücumundan Müdafiə qoşunları tərəfindən uğurla yerinə yetirilib və döyüş atışlarının nəticəsi yüksək qiymətləndirilib.

Təlimlər davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR