ADİU-nun əcnəbi tələbəsi Azərbaycan dili olimpiadasının qalibi olub - FOTOSESSİYA

ADİU-nun əcnəbi tələbəsi Azərbaycan dili olimpiadasının qalibi olub - <span style="color: red;">FOTOSESSİYA
# 07 noyabr 2014 15:20 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) təhsil alan Nigeriya vətəndaşı Viktor Damola ölkədə ilk dəfə keçirilən “Əcnəbi tələbələr arasında Azərbaycan dili” olimpiadasının qalibləri sırasında yer alıb.

ADİU-nun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakı Beynəlxalq Tələbə Klubunun təşkil etdiyi olimpiadada 5 nəfər əcnəbi tələbə qalib adını qazanıb.

Amerika, Çin, Koreya, Türkiyə, Nigeriya, İraq, Pakistan, Əfqanıstan və Özbəkistandan olan tələbələrin qatıldığı olimpiadada finala 14 gənc vəsiqə qazanıb. Əcnəbi gənclər Azərbaycan dilində şeir və mahnılar səsləndirərək öz dil bacarıqlarını nümayiş etdiriblər.

Qalibləri millət vəkilləri Aydın Mirzəzadə, Qənirə Paşayeva, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, YAP Gənclər birliyinin ofis rəhbəri Əli Pənahov, Prezident yanında Gənclər Fondunun sektor müdiri Vaqif Seyidbəyov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev, əməkdar artist Tünzalə Ağayeva və teleaparıcı Samirə Mustafayevanın təmsil olunduğu münsiflər heyəti müəyyən ediblər.

Qaliblərə sertifikat və hədiyyələr təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR