Bakıda yaşadığı evdə qətlə yetirilən qadının üzərində 17 bıçaq xəsarəti aşkar edilib - YENİLƏNİB - VİDEO

Bakıda yaşadığı evdə qətlə yetirilən qadının üzərində 17 bıçaq xəsarəti aşkar edilib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 02 avqust 2014 09:12 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyi Bakının Xətai rayonunda baş verən qətllə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xətai rayon Polis İdarəsi əməkdaşlarının xüsusi peşəkarlıqla həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində 2014-cü il iyulun 31-də baş vermiş ağır qətl hadisəsinin üstü açılıb. Belə ki, 47 yaşlı Gülnarə Zamanovanın (Məmmədova) Gəncə prospekti 36 ünvandakı evində çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Dərhal hadisə yerinə gələn polis və prokurorluq orqanlarının əməkdaşları zəruri istintaq əməliyyat tədbirlərinə başlayıb. Mərhumun 17 bıçaq zərbəsi ilə xüsusi amansızlıqla qətlə yetirilməsi müəyyənləşib. Çox keçməyib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları bu ağır cinayəti törətməkdə şübhəli bilinən şəxsin izinə düşüb.

Xətai rayon sakini, 55 yaşlı Eyvaz İbrahimov şübhəli şəxs qismində saxlanılıb və tutarlı dəlil sübutlar qarşısında əməlini etiraf edib. Eyvaz İbrahimov bildirib ki, ev alqı-satqısı ilə məşğul olduğu zaman Gülnarə Zamanova ilə tanış olub. Onun evinin satılmasına kömək edib və bir neçə ay sonra ondan borc pul alıb. Lakin Gülnarə Zamanova bir müddət keçdikdən sonra pulu yüksək faizli sələmlə geri tələb edib. Aralarındakı münaqişə də elə burdan başlayıb.

Hadisə baş verən gün Gülnarə Zamanova yenidən Eyvaz İbrahimova zəng vuraraq pulu tələb edib və evə çağırıb. Evdə Eyvaz İbrahimovla qadın arasında mübahisə yaranıb. Bu zaman Eyvaz daimi üstündə gəzdirdiyi bıçaqla Gülnarə Zamanovanı çoxsaylı zərbələrlə öldürüb. Bundan sonra evin qapısını açarla bağlayaraq hadisə yerindən qaçıb.

***

Saat 11:33

Bakı. Hafiz Heydərov – APA. Bakıda törədilən qətlin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, iyulun 31-də paytaxtın Gəncə prospektində yaşayan 1967-ci il təvəllüdlü Gülnarə Məmmədovanın zorakılıq əlamətləri olan meyiti yaşadığı evdə aşkar olunub.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, qətldə şübhəli bilinən Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Eyvaz İbrahimov tutulub.

***

1 avqust saat 11:17

Bakı. Hafiz Heydərov – APA. Bakıda qətl törədilib.

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Xətai rayonu, Gəncə prospekti ev 36, mənzil 10-da qeydə alınıb. Həmin ünvanda yaşayan, 1967-ci il təvəllüdlü Gülnarə Rəşid qızı Məmmədova yaşadığı evdə naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq öldürülüb.

Baş vermiş hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb.

Hazırda hadisəni törədən şəxs və şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR