Ebola virusundan ölənlərin sayı 3879 nəfər çatıb

Ebola virusundan ölənlərin sayı 3879 nəfər çatıb
# 09 oktyabr 2014 08:30 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Ebola virusundan ölənlərin sayı 3879 nəfərə çatıb. APA-nın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı hesabat yayıb. Virusa yoluxanların sayı isə 8033 nəfərdir. Virusun yayıldığı ölkələr sırasında Qvineya, Liberiya, Seneqal, Sierre Leone və ABŞ-ın adı qeyd olunur.

Ümumdünya Səhiyyə Təşkilatı Qvineya, Liberiya və Sierra Leonedə vəziyyətin daha da ağırlaşdığını bildirib. Liberiyada ölənlərin sayı 2210, Sierre Leonedə isə 879 nəfərdir. Nigeriyada 8 nəfər ölüb, 20 nəfər virusa yoluxub, Seneqalda və ABŞ-da da bir nəfər bu virusa yoluxub. ABŞ Səhiyyə Nazirliyi Ebola virusuna yoluxan ölkə vətəndaşının vəfat etdiyini təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR