Həbsdəki oğluna mobil telefon keçirmək istəyən qadın saxlanılıb

Həbsdəki oğluna mobil telefon keçirmək istəyən qadın saxlanılıb
# 10 oktyabr 2014 15:29 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, orada saxlanılan, Cinayət Məcəlləsinin 177.3.2 maddəsinə əsasən həbs edilmiş şəxs Zaur Xələf oğlu Kazımovun yanına qısamüddətli görüşə gəlmiş anası Zöhrə Xanmirzə qızı Kazımovanın üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman əynində olan pencəyin cibindən içərisində “Sim” və “Cin” danışıq kartları olan 1 ədəd “Samsung Duos” markalı telefon aparatı aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR