Ukraynada “Boeing 777” təyyarəsinin qəzaya uğradığı ərazidə yeni insan qalıqları aşkarlanıb

Ukraynada “Boeing 777” təyyarəsinin qəzaya uğradığı ərazidə yeni insan qalıqları aşkarlanıb
# 31 oktyabr 2014 18:13 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Niderlandın baş naziri Mark Rütte bildirib.

“Hadisə yerində Niderland, Ukrayna və ATƏT ekspertləri tərəfindən yeni insan qalıqları aşkarlanıb. Onlar əvvəl Xarkova, müvafiq məhkəmə-tibbi ekspertizadan sonra isə Niderlanda aparılacaq”, deyə Rütte bildirib. Onun sözlərinə görə, qəza ərazisində vəziyyət dəyişkən olaraq qalır: “Bir gün sakitlik, digər gün isə şiddətli döyüşlər gedir”

Xatırladaq ki, iyulun 17-də Amsterdamdan Kuala-Lumpura uçan “Boeing 777” təyyarəsinin Donetsk vilayətində qəzaya uğraması nəticəsində 298 nəfər həlak olub. Onlardan 193 nəfəri Niderland vətəndaşı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR