Rusiya Ermənistandakı hərbi bazasını gücləndirəcək

Rusiya Ermənistandakı hərbi bazasını gücləndirəcək
# 29 oktyabr 2014 12:42 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Rusiya Ermənistandakı hərbi bazasını gücləndirmək niyyətindədir. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib. “Biz xaricdəki – Qırğızıstan, Tacikistan və Ermənistandakı hərbi bazalarımızı inkişaf etdirməyə davam edirik. Ümumiyyətlə, bu bazaları aktiv şəkildə gücləndiririk”, - deyə nazir bildirib.

S. Şoyqu xatırladıb ki, bu yaxınlarda Rusiya eskadrilyası Belarusda döyüş növbəsinə başlayıb: “Bizim ümumi planlarımızla əlaqədar olaraq Belarusda hərbi eskadrilyamız yerləşdirildi".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR