“Azəravtoyol”un 2017-ci ildə fəaliyyət planı ilə əlaqədar iclas keçirilib

“Azəravtoyol”un 2017-ci ildə fəaliyyət planı ilə əlaqədar iclas keçirilib
# 26 yanvar 2017 07:16 (UTC +04:00)

“Azəravtoyol” ASC-də 2016-cı ilin yekunlarına və 2017-ci ilin qarşıda duran vəzifələrin icrasına həsr olunan iclas keçirilib.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, “Azəravtoyol”un sədri Saleh Məmmədov son bir il ərzində yol infrastrukturun müasirləşdirilməsi, hərtərəfli inkişafı üçün çox böyük işlər görüldüyünü və hazırda da bu işlərin uğurla davam etdirildiyini bildirib: “Bu istiqamətdə ölkə başçısı İlham Əliyev tərəfindən imzalanan sərəncamlar və təsdiq olunan “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqram”ları çərçivəsində cəmiyyət tərəfindən görülən işlər xüsusi əhəmiyyət kəsb edir”.

Qeyd olunub ki, 2016-cı il ərzində 880 km uzunluğunda ümumi istifadədə olan yeni avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub, həmçinin 14 ədəd yeni avtomobil körpüsü tikilib, 8 ədədi isə təmir edilib. Bundan başqa ötən il ərzində Bakı şəhəri Binəqədi, Nizami, Yasamal, Xətai, Nərimanov, Nəsimi, Xəzər, Sabunçu, Suraxanı, Qaradağ və Səbail rayonlarında 48 adda prospekt və küçə yenidən qurulub və təmir olunub, həmçinin 4 ədəd piyada keçidi tikilib, 1-i isə təmir edilib.

Bildirilib ki, Azərbaycan prezidenti tərəfindən imzalanan və yol infrastrukturunun yenilənməsinə hesablanmış 48 sərəncamın icrası olaraq ümumi uzunluğu 515 km təşkil edən 21 kəndlərarası və 7 qəsəbələrarası avtomobil yollarının tikintisi, qəzalı vəziyyətə düşən 1 körpünün bərpası işləri başa çatdırılıb. Sözügedən avtomobil yollarının tikintisi ilə 173 yaşayış məntəqəsinin təqribən 1 milyon 230 min əhalinin rahat və təhlükəsiz hərəkəti təmin olunub: “Yolların yenidən qurulması sərnişin və yük daşımasının yaxşılaşmasına, ən əsası isə həmin ərazilərdə kənd təsərrüfatının və turizmin inkişafına gətirib çıxarır. 2016-cı il ərzində Prezident İlham Əliyev 21 dəfə avtomobil yolu və yol qurğularının açılış, təməlqoyma və tanışlıq mərasimlərində iştirak edib, öz dəyərli tövsiyə və tapşırıqlarını verib. Bu dövr ərzində ümumilikdə 1 mln. 21,8 min ton asfalt-beton istehsal edilib, 56,2 min ton bitum və 4,5 min ton mazut istifadə edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR