Hindistanın XİN rəhbərinin Azərbaycana rəsmi səfəri başlayıb

Hindistanın XİN rəhbərinin Azərbaycana rəsmi səfəri başlayıb
# 04 aprel 2018 12:43 (UTC +04:00)

Hindistan xarici işlər naziri xanım Suşma Svaracın Azərbaycana rəsmi səfəri başlayıb.

APA-nın məlumatına görə, onu hava limanında Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana, səfirliyin əməkdaşları və Azərbaycan nümayəndə heyəti qarşılayıb.

Qeyd edək ki, səfər çərçivəsində Suşma Svaracın prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşləri və 5-6 aprel tarixlərində keçiriləcək Qoşulmama Hərəkatının Nazirlər Konfransında iştirakı nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR