Azərbaycanda elektron şəxsiyyət vəsiqələrindən istifadə statistikası açıqlanıb

Azərbaycanda elektron şəxsiyyət vəsiqələrindən istifadə statistikası açıqlanıb
# 17 avqust 2015 08:07 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Elektron şəxsiyyət vəsiqələrinin iyul ayındakı istifadə sayı bəlli olub.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, ötən ay əhali “Elektron hökumət” portalında olan “Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış” xidmətindən 1 738 dəfə yararlanıb.

Vətəndaş portala daxil olaraq “Elektron arayışlar” bölməsində adıçəkilən xidməti seçməklə şəxsiyyət vəsiqəsinin elektron versiyasını əldə edə bilir.

Sənədi çap etmək, eləcə də elektron nüsxəni istənilən şəxsə e-poçt vasitəsi ilə göndərmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR