Misir Qırmızı dənizdəki mübahisəli adaların Səudiyyə Ərəbistanına verilməsi ilə razılaşıb

Misir Qırmızı dənizdəki mübahisəli adaların Səudiyyə Ərəbistanına verilməsi ilə razılaşıb
# 10 aprel 2016 08:29 (UTC +04:00)

Bakı-APA. On illər ərzində Misir və Səudiyyə Ərəbistanı arasında mübahisə mövzusu olan Qırmızı dənizdəki Tiran və Sanafir adaları iki ölkə arasında sərhədlərin delimitasiyası haqqında müqaviləyə əsasən Səudiyyə Ərəbistanına verilib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Misir Nazirlər Kabineti məlumat yayıb.

Dəniz sərhədinin delimitasiyası haqqında danışıqlar 6 il davam edib, bu sahədə fəaliyət göstərən komissiyaların 11 görüşü keçirilib. Ancaq Misirin könüllü olaraq Qırmızı dənizdəki Akaba körfəzinin çıxışında, Şarm-əş-Şeyx şəhərin yaxınlığındakı strateji rayonda yerləşən bu adalardan imtina etməsi artıq Misirdə narazılığa yol açıb.

Sərhədlərin delimitasiyası haqqında müqavilə Misir parlamentində təsdiqlənməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR