İşgəncələrə Qarşı Azərbaycan Komitəsinə işgəncə və qeyri-insani rəftarla bağlı daxil olan müraciətlərin sayı açıqlanıb

 İşgəncələrə Qarşı Azərbaycan Komitəsinə işgəncə və qeyri-insani rəftarla bağlı daxil olan müraciətlərin sayı açıqlanıb
# 24 dekabr 2013 13:56 (UTC +04:00)

APA-nın məlumatına görə, bununla bağlı keçirilən tədbirdə çıxış edən E. Behbudov cari il ərzində komitəyə 115 nəfər tərəfindən işgəncə faktı ilə bağlı müraciət edildiyini bildirib: “Müraciətlərdən beşi “N” saylı hərbi hissələrdə baş vermiş əsgər ölümləri ilə bağlıdır. Bir ölüm hadisəsi isə Lənkəran Şəhər Polis Şöbəsində baş verib. Həmin müraciəti araşdırdıq. Orada narkotik istifadəsi ilə bağlı saxlanılan şəxs ikinci mərtəbədən qaçmaq istəyərkən yıxılıb. Dörd gündən sonra xəstəxanada dünyasını dəyişib. Ona görə də biz bunu işgəncə faktı kimi nəzərə almırıq. Lakin ölən əsgərlərlə bağlı ailələri bizə müraciət edərək övladlarına hərbi hissədə işgəncə verildiyini bildiriblər. Bizə daxil olan müraciətlər əsasən hərbi hissələrdən, polis orqanlarından, məhkəmə orqanlarından, Penitensiar xidmətin cəzaçəkmə müəssisələrindən, Nəqliyyat Departamentindən, bələdiyyələrdən və Dövlət Neft Şirkətinin mühafizə xidmətindəndir. Bəzi hərbi hissələrdə zabit və serjantlar tərəfindən əsgərlərə qarşı münasibət ürəkaçan deyil. Əminəm ki, yeni təyin olunmuş müdafiə naziri Zakir Həsənov bu cür neqativ hallara son qoyacaq. Polis şöbələrinin və idarələrinin tabeçiliyində olan müvəqqəti saxlanma yerlərində mütəmadi olaraq monitorinqlər keçiririk. Həmin müəssisələr daim təmir edilir, köhnələri sökülərək yeniləri tikilir. Bəzi rayon polis şöbələrindən pis rəftarla bağlı bizə müraciətlər daxil olur. Vətəndaşların müraciətləri tərəfimizdən araşdırılır, həmin qurumun rəhbərliyinə məlumat verilir. Ədliyyə Nazirliyi Penitensiar xidmətin müəssisələrindən də bizə müraciətlər edilir. Lakin bizim orada monitorinq keçirməyimizə məhdudiyyət qoyulub. İşgəncə və qeyri-insani rəftarla bağlı aidiyyəti qurumlara etdiyimiz müraciətlərə isə eyni cavab verilir ki, işgəncə faktı təsdiqini tapmadı”.

E. Behbudov ötən illərlə müqayisədə bu il müraciətlərin sayının azaldığını deyib: “2011-ci ildə 136, 2012-ci ildə isə 141 nəfər müraciət edib. Həmçinin qapalı yerlərdə ölüm hallarının sayı da azalıb”.

Hüquq müdafiəçisi hesabatın əməkdaşlıq etdikləri beynəlxalq təşkilatlara da göndəriləcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR