Paşha Bank
Bank Of Baku

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA
# 08 noyabr 2026 16:45 (UTC +04:00)

Noyabrın 8-i saat 16:00-a olan məlumata əsasən, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunur, bəzi yerlərdə yağıntılar intensiv xarakter daşıyır.

Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı və Abşeron yarımadasında, Şahbuz, Culfa, Gədəbəy, Zaqatala, Oğuz, Şamaxı, Qobustan, Göyçay, İsmayıllı, Ağdam, Altıağac, Quba, Qusar, Xaltan, Kürdəmir, Sabirabad, Saatlı, Lənkəran, Astara, Tərtər, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli və Goranboyda arabir yağış yağır.

Şahdağ, Xınalıq, Gədəbəy, Daşkəsən və Qax rayonunun Sarıbaş kəndində isə qar yağması müşahidə olunur.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti saniyədə 24 metrə çatır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR