Bank Of Baku

Yağış yağacaq, leysan olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Yağış yağacaq, leysan olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
# 29 noyabr 2026 18:10 (UTC +04:00)

Bakıda və Abşeron yarımadasında noyabrın 30-dan dekabrın 2-si gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

Azərbaycanın rayonlarında noyabrın 29-u axşamdan dekabrın 2-si axşamadək bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR