Robert Sekuta: "Azad və şəffaf seçkilərin keçirilməsi Azərbaycanın demokratik inkişafında müsbətə doğru addım kimi qiymətləndiriləcək"

Robert Sekuta: "Azad və şəffaf seçkilərin keçirilməsi Azərbaycanın demokratik inkişafında müsbətə doğru addım kimi qiymətləndiriləcək"
# 26 avqust 2015 13:53 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. “Noyabrda azad və şəffaf seçkilərin keçirilməsi Azərbaycanın demokratik inkişafında müsbətə doğru addım kimi qiymətləndiriləcək”. APA-nın məlumatına görə, bu sözləri Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta Yeni Azərbaycan Partiyası icra katibi, sədr müavini Əli Əhmədovla görüşü zamanı deyib. Bu barədə səfirliyin “twitter” hesabında məlumat yer alıb. Səfir çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyevin parlament seçkilərində azad və ədalətli səsvermə çağırışını qeyd edib. Görüşdə qarşıdan gələn parlament seçkiləri ilə bərabər ölkədə siyasi vəziyyət də müzakirə edilib.

Xatırladaq ki, müxtəlif məsələlər haqda daha ətraflı məlumat almaq üçün ABŞ səfiri parlament seçkiləri qabağı siyasi partiyalar ilə görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR