Turizm sahəsi WUF13-ün keçirilməsinə tam hazırdır.
APA xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi sədrinin müavini Kənan Quluzadə WUF13-ə hazırlıq işlərinə dair media brifinqində deyib.
O bildirib ki, Azərbaycanın beynəlxalq miqyaslı tədbirlərin təşkilində artıq böyük təcrübəsi formalaşıb: “Belə tədbirlər ölkə turizminə də birbaşa müsbət təsir göstərir. Dövlət Turizm Agentliyi olaraq bu tədbir çərçivəsində fəaliyyətimizi 7 istiqamət üzrə qurmuşuq. Qonaqların yerləşdirilməsi üçün 100-dən çox hotel prosesə cəlb edilib, 60-dan artıq hotel isə beynəlxalq platformalara yerləşdirilib. Hazırda Bakı şəhərində 206 lisenziyalı hotel fəaliyyət göstərir”.
O qeyd edib ki, tədbir çərçivəsində 24 şəhərə turlar təşkil olunub. Bura işğaldan azad etmiş ərazilər də daxildir.