Bank Of Baku

BMT-nin rezident əlaqələndiricisi: WUF13 “yol göstəricisi” ola bilər

BMT-nin Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç

© APA | BMT-nin Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç

# 14 mart 2026 09:58 (UTC +04:00)

Bakıda keçiriləcək WUF13 qlobal müzakirələrin aparıldığı bir dövrdə insanların bir araya gəlib dialoq qurması üçün mühüm bir platformadır.

APA xəbər verir ki, bu fikirləri BMT-nin Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) həsr olunmuş brifinqdə deyib.

O qeyd edib ki, WUF13-də formalaşdırılacaq ideyalar və siyasətlər dünyanın digər ölkələri üçün də şəhər inkişafı prioritetlərinin müəyyənləşdirilməsində “yol göstəricisi” ola bilər: “Birləşmiş Millətlər Təşkilatı sisteminin buradakı nümayəndəsi kimi qeyd etmək istəyirəm ki, biz hökumətlə əməkdaşlıq çərçivəsi sənədi imzalamışıq və həmin sənəddə iki əsas prioritet - ətraf mühit və urbanizasiya. Bu məsələ artıq rəsmi sənədlərdə yer alır və təkcə forumla bağlı deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR