Bank Of Baku

BMT rəsmisi WUF13-ün uğurlu təşkilinə görə Azərbaycana təşəkkür edib

BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) Baş icraçı katib müavini Dmitry Mariyasin

© APA | BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) Baş icraçı katib müavini Dmitry Mariyasin

# 22 may 2026 12:29 (UTC +04:00)

Ümumdünya Şəhərsalma Forumu (WUF) çox mühüm təşəbbüsdür və tarixdə şəhərsalma ilə bağlı keçirilən ən böyük forumdur.

APA xəbər verir ki, bunu BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) Baş icraçı katibin müavini Dmitri Mariyasin WUF13 çərçivəsində keçirilən “Şəhərsalma planlaşdırılmasında iqlim hədəflərinə nail olmaq üçün Strateji Ekoloji Qiymətləndirmə aləti” mövzusunda sessiyada deyib.

O, WUF13-ün uğurlu təşkilinə görə Azərbaycana təşəkkür edib.

BMT rəsmisi vurğulayıb ki, ekologiya mövzusu tez-tez gündəmdə olan bir məsələ deyil və kifayət qədər diqqət çəkmir, lakin diqqət çəkməlidir, çünki bu, gələcəklə bağlıdır

“Bu, rəqabət qabiliyyətlilik, seçimlər və düzgün qərarların verilməsi ilə birbaşa bağlıdır”, - o əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR