Bank Of Baku

Bolqarıstan Prezidenti: Ölkəmi WUF13 çərçivəsində keçirilən Liderlər sessiyasında təmsil etmək mənim üçün şərəf idi

Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova

© APA | Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova

# 22 may 2026 10:46 (UTC +04:00)

“BMT-nin himayəsi altında keçirilən bu irimiqyaslı forumun təşkilinə görə Azərbaycanı təbrik etmək istərdim”.

Bunu Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində APA-ya eksklüziv müsahibəsində deyib.

Prezident Yotova bildirib ki, dünyanın müxtəlif ölkələrindən bu qədər dövlət və hökumət başçısını, nümayəndələri bir araya toplamaq böyük ambisiya və enerji tələb edir: “Mənim üçün ölkəm Bolqarıstanı WUF13 çərçivəsində keçirilən Liderlər sessiyasında təmsil etmək şərəf idi.

WUF13-də Bolqarıstanın yerli hakimiyyət nümayəndələri, o cümlədən Milli Bələdiyyələr Assosiasiyasının sədri və Veliko Tırnovo şəhərinin meri Daniel Panov da iştirak edirdi. Forum sürətli urbanizasiya çağırışlarının həlli ilə bağlı qabaqcıl təcrübə və ideyaların mübadiləsi üçün əla platformadır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR