Bank Of Baku

Departament müdiri: Azərbaycan Kahramanmaraşda bərpa işlərinə böyük töhfə verib - FOTO

Departament müdiri: Azərbaycan Kahramanmaraşda bərpa işlərinə böyük töhfə verib - FOTO
# 18 may 2026 13:40 (UTC +04:00)

Kahramanmaraşda dağıntıların izlərini silmək məqsədilə Azərbaycan dövlətinin dəstəyi ilə 1223 mənzil, 1789 ticarət obyekti, mədəniyyət mərkəzi və ibtidai məktəb inşa edilib.

APA xəbər verir ki, bunu WUF13 çərçivəsində Türkiyə pavilyonunda şəhərsalma ilə bağlı keçirilən sessiyada Kütləvi Mənzil Layihələri və Tədqiqat Departamentinin müdiri Ahmet Kutlu Gayretli deyib.

O bildirib ki, Kahramanmaraşda “Azərbaycan” məhəlləsində ticarət obyektləri, ofislər, idman zalı, mədəniyyət mərkəzi, eləcə də ticarət mərkəzi (AVM) mövcuddur: “Kompleksin ərazisində Heydər Əliyev adına məktəb də yer alır. Bu gün bura Kahramanmaraş vilayətinin ən gözəl məhəllələrindən, ən inkişaf etmiş ərazilərindən birinə çevrilib”.

Departament müdiri xüsusilə qeyd edib ki, bu layihədə Azərbaycan dövlətinin böyük töhfəsi olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR