Bank Of Baku

Elşad İskəndərov: İqlim dəyişikliyi və münaqişələr şəhərlərin inkişafı üçün yeni risklər yaradır

Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov

© APA | Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov

# 19 may 2026 12:50 (UTC +04:00)

İqlim dəyişikliyi, urbanizasiya və post-münaqişə bərpası prosesləri bir-biri ilə sıx bağlıdır və bu amillər şəhərlərin planlaşdırılmasına yeni yanaşmalar tələb edir.

"APA-Economics"in Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun (WUF13) “Həssas və münaqişədən zərər çəkmiş ərazilərdə şəhər həlləri vasitəsilə sülhə töhfə verən iqlim fəaliyyəti” adlı sessiyasından verdiyi məlumata görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov bildirib.

Onun sözlərinə görə, iqlim dəyişikliklərinin təsiri artıq bütün dünyada hiss olunur və bu risklər münaqişədən zərər çəkmiş ərazilərdə daha da kəskin xarakter alır.

“Postmünaqişə ərazilərində yenidənqurma işləri iqlim riskləri, mina təhlükəsi və insanların təhlükəsiz qayıdışı kimi əlavə çağırışlarla müşayiət olunur”, – Elşad İskəndərov qeyd edib.

Səfir bildirib ki, dünyanın müxtəlif bölgələrində qaçqın düşərgələri də iqlim ekstremallarının təsirinə məruz qalır və bu, beynəlxalq ictimaiyyətin diqqətini tələb edir.

Onun sözlərinə görə, Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzi münaqişədən zərər çəkmiş ölkələrin və icmaların səsinin beynəlxalq platformalarda eşidilməsinə xidmət edir.

Elşad İskəndərov qeyd edib ki, bu təşəbbüs belə ölkələrin iqlim maliyyəsinə çıxışını genişləndirməyə, şəhər inkişafı layihələri üçün investisiya cəlb etməyə və dayanıqlı icmaların qurulmasına dəstək verməyi hədəfləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR

WUF13

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR