Bank Of Baku

Fərid Qayıbov: Dayanıqlı şəhər inkişafının uğuru həmrəylikdən asılıdır

Gənclər və İdman naziri Fərid Qayıbov

© APA | Gənclər və İdman naziri Fərid Qayıbov

# 21 may 2026 13:22 (UTC +04:00)

Azərbaycan tarixi və əhəmiyyətli bir görüşün – WUF13-ün ev sahibidir.

APA xəbər verir ki, bunu WUF13 çərçivəsində “Uşaqlar və gənclər” mövzusunda keçirilən dəyirmi masa zamanı gənclər və idman naziri Fərid Qayıbov deyib.

O bildirib ki, hər il beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsindən böyük qürur hissi duyurlar, buna forumlar və digər mühüm tədbirlər də daxildir.

Fərid Qayıbov əlavə edib ki, dayanıqlı şəhərlər inklüziv və insanyönümlü qalmalı, innovasiya və texnologiya isə icma həyatını və insanlar arasındakı əlaqələri gücləndirməlidir.

"Bu gün Ümumdünya Şəhərsalma Forumunda etiraf etməliyik ki, dayanıqlı şəhər inkişafının uğuru yalnız infrastruktur və investisiyalardan deyil, eyni zamanda, iştirak, etimad, həmrəylik və insan əlaqələrindən asılıdır", - nazir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR