Bank Of Baku

Fərid Şəfiyev: Qarabağda urbisid hərbi əməliyyatlardan sonra sistemli şəkildə keçirilib

Fərid Şəfiyev: Qarabağda urbisid hərbi əməliyyatlardan sonra sistemli şəkildə keçirilib
# 20 may 2026 16:50 (UTC +04:00)

“Qarabağda baş verən urbisid digər nümunələrdən fərqlənir, o, hərbi əməliyyatlardan sonra sistemli şəkildə həyata keçirilib. Məqsəd yalnız şəhərlərin dağıdılması deyil, həm də azərbaycanlı əhalinin həmin ərazilərə qayıdışının qarşısını almaq, bölgənin mədəni yaddaşını və tarixi kimliyini silmək olub”.

APA xəbər verir ki, bunu WUF13 çərçivəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən təşkil edilən urbisid və onun nəticələrinə dair panel sessiyasında BMTM sədri Fərid Şəfiyev deyib.

BMTM sədri ATƏT-in 2005-ci il Faktaraşdırıcı Missiyasının hesabatına istinad edərək, Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan və digər rayonların tamamilə dağıdıldığını, yaşayış məntəqələrinin talan edildiyini və tikinti materiallarının belə sökülərək aparıldığını qeyd edib: “Urbisidin əsas göstəriciləri fiziki dağıntı, etnik təmizləmə və şəhərlərin mədəni kimliyinin dəyişdirilməsidir. Xüsusilə Ermənistan üçün strateji əhəmiyyət daşıyan Laçın və Kəlbəcər kimi ərazilərdə məskunlaşdırma siyasəti həyata keçirilmişdi”.

Fərid Şəfiyev əlavə edib ki, urbisid, həmçinin, “əlavə zərər” deyil, siyasi və ideoloji məqsədlərlə həyata keçirilən idarəetmə strategiyasıdır: “Şəhər məkanlarının məhv edilməsi yeni nəzarət və hakimiyyət formalarının qurulmasına xidmət edir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR