Bank Of Baku

İcraçı direktor: WUF13-ün akkreditasiya mərkəzində bütün əməkdaşlar azərbaycanlıdır

WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov

© APA | WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov

# 13 may 2026 11:42 (UTC +04:00)

“Akkreditasiya mərkəzimizdə də bütün əməkdaşlar azərbaycanlıdır və fəaliyyətimizdə heç bir xarici platformaya istinad olunmur”.

APA xəbər verir ki, bu sözləri WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov deyib.

O bildirib ki, bu, fəxr edilməli məqamdır:

“Hazırda 3000 könüllü fəaliyyət göstərir. Onlardan 100-ə yaxını əcnəbidir”.

Adil Məmmədov həmçinin qeyd edib ki, WUF13-ün keçiriləcəyi Bakı Olimpiya Stadionunda "WUF13 Media Mərkəzi" tam mərkəzdə yerləşir: "Media mərkəzi elə bir ərazidə qurulub ki, istənilən nöqtədən ora rahat şəkildə getmək mümkündür. Ərazidə həmçinin istiqamətləndirici və məlumatlandırıcı lövhələr yerləşdirilib. Həmin lövhələr iştirakçılara istiqamətləri müəyyənləşdirməyə kömək edir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR