Bank Of Baku

Konqolu nazir: Kinşasada 83% ev təsərrüfatının torpaq mülkiyyəti sənədi yoxdur

Konqo Demokratik Respublikasının şəhərsalma və mənzil təsərrüfatı naziri Alexis Gisaro

© APA | Konqo Demokratik Respublikasının şəhərsalma və mənzil təsərrüfatı naziri Alexis Gisaro

# 17 may 2026 11:23 (UTC +04:00)

Təxminən 17 milyon əhalisi olan paytaxt Kinşasa Konqo Demokratik Respublikasında və ümumilikdə dünyada ən sürətlə böyüyən meqapolislərdən biridir. Kinşasa şəhərində hər il bir milyondan çox yeni sakin məskunlaşır.

APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində nazirlərin toplantısı zamanı Konqo Demokratik Respublikasının şəhərsalma və mənzil təsərrüfatı naziri Alexis Gisaro deyib.

O qeyd edib ki, şəhərdə ev təsərrüfatlarının 83%-nin torpaq mülkiyyəti sənədi yoxdur:

“Ölkədə layiqli mənzil çatışmazlığı isə 9 milyon vahid təşkil edir.

Bu vəziyyətə cavab olaraq Konqo Demokratik Respublikası hökuməti urbanizasiyanı milli prioritet elan edib və 2026–2036-cı illəri əhatə edən 10 illik şəhərsalma və mənzil proqramı hazırlayıb. Məqsəd urbanizasiyanı iqtisadi, sosial və ekoloji inkişafın hərəkətverici qüvvəsinə çevirməkdir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR