Bank Of Baku

Mərkəz direktoru: Ukraynada elektrik təchizatı üzrə xüsusi qrafiklə yaşayırıq

Mərkəz direktoru: Ukraynada elektrik təchizatı üzrə xüsusi qrafiklə yaşayırıq
# 20 may 2026 10:52 (UTC +04:00)

Ukraynanın Lvov şəhərində müharibədən əvvəl təsdiqlənmiş strategiyalar artıq işləmir. Çünki biz müharibə, qeyri-müəyyənlik şəraitində yaşayırıq. Buna görə, qərara gəldik ki, prioritetlər müəyyən etməliyik.

APA xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Praktikada Şəhər Transformasiyası: Təhlükəsiz və Dayanıqlı İcmalar üçün Şəhər Təcrübələri” adlı tədbirdə Ukraynanın “City İnstitute” analitik və strateji şəhərsalma mərkəzinin direktoru Olena Pavlyuk deyib.

O, hazırda Lvov üçün yeddi əsas prioritetin olduğunu qeyd edib: “Birinci prioritet yerli hökumətin Ukrayna ordusuna dəstəyidir. Biz bacardığımız qədər kömək edirik. Çünki cəbhəyə nə qədər çox avadanlıq və texnika göndərsək, bir o qədər çox insanın həyatını xilas etmiş oluruq”.

Onun sözlərinə görə, ikinci prioritet “sarsılmaz ekosistem”dir ki, bu, icma dəstəyi, reabilitasiya, transformasiya, cəmiyyətin inteqrasiyası ilə bağlıdır. Üçüncü prioritet isə dayanıqlılıqdır: “Bu, əsasən enerji sektoruna aiddir. Çünki bizim kritik infrastrukturumuza da hücumlar olur. Vəziyyət çox çətindir. Bəzən gündə cəmi 4 saat elektrik olur. Elektrik təchizatı üzrə xüsusi qrafiklə yaşayırıq. Buna görə enerji infrastrukturu ilə bağlı ciddi dəyişikliklər etməliyik. Sonrakı prioritetlər iqtisadi inkişaf, innovasiyalar, təhsil və mədəniyyətdə yeni yanaşmalardır. Çünki hazırda müharibə şəraitində böyüyən insanlar həyatın hər vəziyyətinə hazır olmalıdırlar. Bizə çox güclü beynəlxalq əməkdaşlıq lazımdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR

WUF13

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR