Bank Of Baku

MN: WGS84-ə əsaslanan yeni topoqrafik xəritələr hazırlanıb

Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin rəisi, general-leytenant Azər Əliyev

© APA | Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin rəisi, general-leytenant Azər Əliyev

# 03 dekabr 2025 11:20 (UTC +04:00)

"Geodeziya və Kartoqrafiya Agentliyi tərəfindən Dünya geodeziya koordinasiya sistemi və WGS84-ə əsaslanan yeni topoqrafik xəritələrin hazırlanmasına 2021-ci ildə start verilib. Hazırda proses yekunlaşmaq üzrədir.

APA xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Xəritəçilik Qurumları Rəhbərlərinin 2-ci İclasında Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin rəisi, general-leytenant Azər Əliyev deyib.

O bildirib ki, Azərbaycan rəqəmsal ordu konsepsiyası ilə bağlı ciddi addımlar atıb:

“Bu prosesdə rəqəmsal xəritələr əsas məsələlərdən biridir. Coğrafi informasiya sisteminin yaradılması isə günümüzün tələbidir. Sözügedən coğrafi sistemlərlə birlikdə TDT-nin bu sahədə işləri birləşdirməsi böyük əhəmiyyət daşıyır. Vahid standartlara malik xəritələrin tətbiqi danılmazdır. Bu, TDT-nin ortaq mənafeləri ilə bağlı əsas istiqamətlərdən biridir", - Azər Əliyev vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR