Bakı artıq beynəlxalq tədbirlərin əsas mərkəzlərindən birinə çevrilib.
Bunu Bakıda keçirilən WUF13 çərçivəsində APA-ya açıqlamasında Afrikada fəaliyyət göstərən "People Empowering People" qeyri-hökümət təşkilatının baş icraçı direktoru Melvine Vajiri deyib.
"Düşünürəm ki, COP29 kimi, bu forum da Bakı üçün böyük hadisədir. Bakı tədricən qlobal tədbirlərin əsas mərkəzinə çevrilir. Bu, Azərbaycan hökuməti üçün yaxşı göstəricidir”, – o qeyd edib.
Afrikalı qonaq World Urban Forum 13-ün Bakıda keçirilməsini yüksək qiymətləndirib və forumun qlobal əməkdaşlıq baxımından mühüm platforma olduğunu bildirib:
“Əsas məqsəd əməkdaşlıq etmək, şəbəkələşmək, resursları paylaşmaq və yeni insanlarla tanış olmaqdır. Daha ağıllı şəhərlər qurmaq və dünyanı daha yaxşı yerə çevirmək üçün bu cür platformalar vacibdir”.