Bank Of Baku

Slovakiya Baş nazirinin müavini: Bakı dayanıqlı şəhərlərin gələcəyinin müzakirəsi üçün uyğun məkandır

Slovakiya Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Taraba

© APA | Slovakiya Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Taraba

# 18 may 2026 16:49 (UTC +04:00)

Tarix və müasir inkişafın simvolu olan Bakı şəhəri dayanıqlı şəhərlərin gələcəyinin müzakirəsi üçün uyğun məkandır.

APA xəbər verir ki, bunu Slovakiya Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Taraba WUF13-ün açılış mərasimində çıxışında deyib.

O bildirib ki, şəhərlər yalnız inkişaf mərkəzləri deyil, həm də qorunmalı və dayanıqlı saxlanılmalı kritik infrastruktur sistemləridir.

Nazir Slovakiyanın BMT-nin Məskunlaşma Proqramının urbanizasiya və dayanıqlı şəhər dayanıqlığı təşəbbüsünə güclü dəstək verdiyini vurğulayıb: “Biz bu təşəbbüsü praktik və nəticəyönümlü platforma kimi qiymətləndiririk”.

Tomaş Taraba qeyd edib ki, Slovakiya yalnız siyasi dəstək verməklə kifayətlənmir, həm də ekspertiza paylaşımı və konkret layihələrin icrasında iştirak etməyə hazırdır.

Çıxışda hərbi münaqişələrin şəhərlərə təsiri də xüsusi vurğulanıb. “Dünyanın bir çox şəhəri hərbi münaqişələrin nəticələri ilə üz-üzədir. İnfrastruktur dağıdılır, əsas xidmətlər pozulur, insanlar məcburi köçkünə çevrilir”,- o qeyd edib.

Onun sözlərinə görə, əsas məsələ yalnız yenidənqurma deyil, uzunmüddətli şəhər canlanmasının təmin edilməsidir və Slovakiya bu prosesdə dəstək göstərməyə hazırdır.

Slovakiya Baş nazirinin müavini ölkəsində mənzil fondunun modernləşdirilməsinin əsas prioritetlərdən biri olduğunu bildirib. Qeyd olunub ki, Slovakiyada ev təsərrüfatlarının 55 faizi fərdi evlərdə yaşayır və onların əhəmiyyətli hissəsi köhnə tikililərdir.

“Məqsədimiz insanların yaşayış xərclərini mümkün qədər azaltmaqdır”, - o vurğulayıb.

Tomaş Taraba sonunda Slovakiya nümayəndəsi ölkəsinin su ehtiyatlarının idarə olunması sahəsində xüsusi təcrübəyə malik olduğunu və bu sahədə digər dövlətlərlə əməkdaşlığa hazır olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR