Bank Of Baku

UN-Habitat: Mənzil böhranının həlli üçün parlamentlərin rolu həlledicidir

UN-Habitat: Mənzil böhranının həlli üçün parlamentlərin rolu həlledicidir
# 20 may 2026 15:53 (UTC +04:00)

Qlobal mənzil öhdəliklərinin real nəticələrə çevrilməsi üçün parlamentlərin rolu həlledici əhəmiyyət daşıyır.

APA-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Parlamentarilər: Şəhər öhdəliklərinin milli fəaliyyətə çevrilməsi – hamı üçün mənzilə aparan parlament yolu” adlı dəyirmi masada BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Ərəb Dövlətləri üzrə Regional Ofisinin direktoru Raniya Hedaya deyib.

Onun sözlərinə görə, parlament üzvləri yalnız qanunverici deyil, həm də qlobal məqsədlərlə yerli icmaların ehtiyacları arasında körpü rolunu oynayırlar.

Raniya Hedaya qeyd edib ki, deputatlar mənzil siyasəti, şəhərsalma, iqlim fəaliyyəti, ictimai investisiyalar və maliyyələşdirmə mexanizmləri üzrə qərarların qəbulunda və onların icrasına nəzarətdə mühüm rol oynayırlar.

O bildirib ki, mənzil böhranı ayrı-ayrılıqda həll oluna bilməz və bu sahədə bütün idarəetmə səviyyələri, eləcə də cəmiyyətin müxtəlif sektorları arasında əlaqələndirilmiş fəaliyyət tələb olunur.

UN-Habitat rəsmisi vurğulayıb ki, dəyirmi masada səslənən tövsiyələr Yeni Şəhər Gündəliyinin həyata keçirilməsi, Dayanıqlı İnkişaf Məqsədi 11-in icrası və adekvat mənzil üzrə beynəlxalq siyasət müzakirələrinə töhfə verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR

WUF13

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR