"Mənzil təminatı ən fundamental hüquq və əsas tələbat olsa da, bu sahədə bir çox problemlərlə üzləşirik".
APA xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Siyasətdən Təsirə: Miqyaslı Mənzil Çatdırılması” adlı sessiyada UN-Habitatın layihə idarəetmə üzrə mütəxəssisi Haesunq Ahn deyib.
O bildirib ki, dünyada şəhərlər ÜDM-in 70 faizindən çoxunu yaradır:
“Evlərin iş yerlərindən çox uzaqda yerləşməsi, sərfəli mənzil layihələrinin tamamilə əlçatmaz olması və planlaşdırma sisteminin reaksiya verməyə imkan tapmadığı sürətlə böyüyən qeyri-qanuni yaşayış məskənlərinin yaranması əsas problemlərdir. Buna görə də mənzil məsələləri milli və ya şəhər gündəmlərinin ən mühüm mövzularından birinə çevrilib”.
O sonda qeyd edib ki, bir çox ölkələr öz şəhərsalma siyasətlərində davamlılıq, adekvatlıq və maliyyə baxımından əlçatanlıq mövzularına xüsusi diqqət yetirirlər.