Bank Of Baku

Vahid Hacıyev WUF13-də Azərbaycanın postmünaqişə dövründə bərpa təcrübəsindən danışıb

Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev

© APA | Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev

# 20 may 2026 11:49 (UTC +04:00)

Azərbaycanın təcrübəsi göstərir ki, postmünaqişə dövründə yenidənqurma yalnız infrastrukturun bərpası demək deyil.

APA xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən "Azərbaycanda Ağıllı və Davamlı Şəhər Layihələri" tədbirində Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.

Onun sözlərinə görə, bu, insanların öz yurdlarına ləyaqətlə və inamla qayıda bilməsi üçün təhlükəsiz, dayanıqlı və iqtisadi baxımdan səmərəli icmaların yaradılması deməkdir.

Vahid Hacıyev qeyd edib ki, “ağıllı” planlaşdırma, “yaşıl enerji”, rəqəmsal həllər və iqtisadi inkişaf vasitəsilə dayanıqlı inkişaf məqsədlərinə uyğun dayanıqlı yaşayış məntəqələri qurulur.

“Biz inanırıq ki, bu təcrübə postmünaqişə bərpası və iqlimə davamlı inkişaf sahəsində qlobal müzakirələrə mühüm töhfə verə bilər", - Vahid Hacıyev vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR

WUF13

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR