Bank Of Baku

WUF13 çərçivəsində "Yaradan" sənədli filmi təqdim edilib - FOTO

WUF13 çərçivəsində "Yaradan" sənədli filmi təqdim edilib - FOTO
# 20 may 2026 12:27 (UTC +04:00)

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə həsr olunmuş "Yaradan" adlısənədli filmi təqdim edilib.

APA xəbər verir ki, sənədli filmin layihə və ssenari müəllim Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyevdir.

Sənədli filmdə Ümumdünya Şəhərsalma Forumununun prioritetləri olan insanların dayanqlı yaşayışının təmin edilməsi, yeni şəhərsalma fəlsəfəsivə “Ağıllı şəhər” konsepsiyasının qurulması kimiəsas mövzular öz əksini tapıb.

Təqdimatda Ayaz Mirzəyev bildirib ki, “Yaradan” filmi dağıntılar içində şəhər yaradan Azərbaycan xalqını ifadə edir: "Bu gün təqdim etdiyimiz film “Yaradan” adlanır. Amma bu ad metafizik anlam daşımır. “Yaradan” burada dağıntılar içindən şəhər yaradan, quran Azərbaycan xalqını ifadə edir. Filmdə yaradıcı insanlar yer alıb. Filmin əsas məqsədi odur ki, biz azərbaycanlıların yaradıcı xalq olduğunu göstərək. Biz heç vaxt dağıdıcı olmamışıq. Əksinə, yaradıcı insanlar olaraq çox qısa müddətdə, cəmi beş il ərzində yerlə-yeksan edilmiş, daş üstə daş qalmamış ərazilərdə yenidən həyat qurmuşuq. Demək olar ki, kiçik bir cənnət yaratmışıq və “Böyük Qayıdış” prosesini reallaşdırmışıq. İnsanlar artıq həmin ərazilərə qayıdırlar. Bugünkü təqdimatın məqsədi də forum iştirakçılarına bunu sadə və anlaşıqlı dillə çatdırmaq idi. İnsan hekayələri vasitəsilə göstərmək istəyirdik ki, bu beş ildə hansı işlər görülüb və ora köçən insanların təəssüratları necədir. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələr Dünya Şəhərsalma Forumu prinsiplərinə uyğun şəkildə qurulub. Bizim də borcumuz bu prosesi həm bədii, həm jurnalistik, həm də vizual formada tamaşaçıya təqdim etmək idi. Bugünkü dünyada çox kitab və məqalə çap olunur, amma insanlar daha çox videolar vasitəsilə təəssürat formalaşdırırlar. Bizim məqsədimiz də məhz belə təsir yaradan bir film hazırlamaq idi”.

A.Mirzəyev əlavə edib ki, film işğaldan azad olunmuş demək olar ki, bütün ərazilərdə çəkilib:

“2025-ci ildə istehsal olunub və Vətən müharibəsinin başa çatmasının beş illiyinə həsr edilib. Bugünkü təqdimatda xarici qonaqların filmi sona qədər izləməsi bizi çox sevindirdi. Onlar müxtəlif suallar verdilər. Daha çox ağıllı şəhər texnologiyaları, yeni infrastruktur, günəş panellərinin istifadəsi ilə maraqlandılar. Soruşurdular ki, bu texnologiyalar hər evdə tətbiq olunurmu. Biz filmdə həmçinin yaşıl zonalar, dayanıqlı yaşayış məntəqələri və ekoloji yanaşmalar haqqında da məlumat vermişik. Amma bunu klassik təqdimat kimi deyil, insanların dili ilə, onların hekayələri vasitəsilə göstərmişik. Müasir dünya sənədli film industriyasında da bu yanaşma ən çox qəbul olunan və təsirli metodlardan biridir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR