Bank Of Baku

WUF13-də Dəməşqdə mədəni irsin bərpası ilə bağlı problemlər müzakirə olunub

Dəməşq Universitetinin və Ərəb Beynəlxalq Universitetinin memarlıq professoru Abir Arkavi

© APA | Dəməşq Universitetinin və Ərəb Beynəlxalq Universitetinin memarlıq professoru Abir Arkavi

# 21 may 2026 12:24 (UTC +04:00)

WUF13-də Suriyanın paytaxtı Dəməşqdə mədəni irsin qorunması və bərpası ilə bağlı problemlər müzakirə olunub.

APA xəbər verir ki, bu barədə Dəməşq Universitetinin və Ərəb Beynəlxalq Universitetinin memarlıq professoru Abir Arkavi WUF13 çərçivəsində keçirilən “Yaxın Şərqdə münaqişə şəraitində maddi irsin bərpası” adlı tədbirdə danışıb.

O bildirib ki, Suriyanın zəngin mədəni irsi uzun illər davam edən silahlı münaqişələr nəticəsində ciddi zərər görüb.

Tarixi binaların, məhəllələrin və şəhər məkanlarının dağıdılması yalnız memarlıq irsinin yox, həm də şəhər kimliyinin, kollektiv yaddaşın və sosial davamlılığın itirilməsinə səbəb olub.

Professorun sözlərinə görə, Dəməşq birbaşa genişmiqyaslı dağıntılarla üzləşməsə də, şəhərin tarixi irsi ciddi təhlükə altındadır. Tarixi məhəllələrdə kommersiya fəaliyyəti genişlənir, nəticədə yaşayış sahələri azalır.

Çıxış zamanı qədim Dəməşq üzrə əvvəllər hazırlanmış baş planlardan və qoruma strategiyalarından da bəhs olunub. Bildirilib ki, əsas məqsəd şəhərin tarixi və yaşayış xarakterini qorumaq olsa da, son illərdə plansız dəyişikliklər və iqtisadi təzyiqlər bu məqsədlərin həyata keçirilməsini çətinləşdirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR