Medianın İnkişafı Agentliyi, ADA Universiteti və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində media nümayəndələri üçün növbəti məlumatlandırma sessiyası keçirilib.
APA xəbər verir ki, açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli qeyd edib ki, WUF13 kimi beynəlxalq platformalar dayanıqlı şəhərsalma yanaşmalarının müzakirəsi və qabaqcıl təcrübələrin paylaşılması baxımından mühüm əhəmiyyət kəsb edir, bu baxımdan media nümayəndələrinin mövzunu detallı dəyərləndirməsi və düzgün kontekstdə ictimaiyyətə çatdırması xüsusi önəm daşıyır.
ADA Universitetinin Akademik işlər üzrə prorektorunun müşaviri, İxtisasartırma proqramlarının rəhbəri Aygün Hacıyeva Universitetin Medianın İnkişafı Agentliyi və mətbuat nümayəndələri ilə sıx əməkdaşlıq etdiyini bildirib. O, son illər ərzində 600-ə yaxın media təmsilçisinin milli və qlobal əhəmiyyətli mövzularda təlimlərə cəlb olunmasını ölkədə media maarifləndirilməsinə verilən mühüm töhfə kimi qiymətləndirib. Aygün Hacıyeva, həmçinin ADA Universitetinin müasir şəhərsalma və dayanıqlılıq məsələlərinə xüsusi önəm verdiyini qeyd edib.
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Kommunikasiya direktoru Katerina Bezqaçina çıxışında WUF13-ün Azərbaycanda keçirilməsinin media üçün unikal imkanlar yaratdığını vurğulayıb. O qeyd edib ki, bu tədbir jurnalistlərə qlobal səviyyəli ekspertlərlə birbaşa ünsiyyət qurmaq, beynəlxalq təcrübəni yaxından izləmək və şəhərsalma sahəsində ən aktual mövzuları yerində işıqlandırmaq imkanı təqdim edəcək.
Məlumatlandırma sessiyası çərçivəsində WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Substantiv məzmun şöbəsinin müdiri Cəmilə İsmayılzadə “WUF13 mövzuları, dialoqlar”, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhərsalma və memarlıq şöbəsinin rəhbəri Çağrı Kərimzadə “Bakı şəhəri üzrə Baş Plan”, WUF13 Azərbaycan Əməliyyat Şirkətinin İnklüziv tədbirlərin planlaşdırılması üzrə baş koordinatoru Səbinə Məmmədova və Müyəssərlik və inklüzivlik üzrə tədbir meneceri Leyla Səfərli “WUF13 tədbirində müyəssərlik və inklüzivlik”, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin aparıcı məsləhətçisi Nərgiz Gülmalıyeva isə “Yaşıl nəqliyyat, mikromobillik” mövzusunda çıxış ediblər.
Diqqətə çatdırılıb ki, WUF13 çərçivəsində müzakirə olunan mövzular müasir şəhərsalma yanaşmalarının əsas istiqamətlərini əhatə etməklə dayanıqlı və inklüziv şəhər mühitinin formalaşdırılması, şəhərlərin strateji planlaşdırılması, eləcə də ekoloji cəhətdən səmərəli nəqliyyat həllərinin tətbiqi kimi mühüm məsələləri bir araya gətirir. Sözügedən yanaşmaların kompleks şəkildə tətbiqi isə şəhər həyatının keyfiyyətinin yüksəldilməsinə və uzunmüddətli inkişafın təmin olunmasına xidmət edir.
Məlumatlandırma sessiyasının sonunda iştirakçıların sualları cavablandırılıb.
WUF13: Jurnalistlər üçün növbəti məlumatlandırma sessiyası keçirilib
WUF13
Xəbər Lenti
Türkiyədə 6134 şəxsin vətəndaşlıq qərarı ləğv edilib, 72 nəfər saxlanılıb
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
BMT: 2025-ci ildə miqrasiya yollarında təxminən 8 min nəfər ölüb
Tramp Belarusla genişmiqyaslı razılaşmanın hazırlandığını bəyan edib
Şəkidə gün ərzində üç fərqli ərazidə yanğın baş verib
Luis de la Fuente 2032-ci ilə qədər İspaniya yığmasını çalışdıracaq
Ermənilərin Xudavəngdən apardığı freska və xaçdaşlar barədə məlumatlar İnterpolun bazasına daxil edilib
Səbinə Hacıyeva: Qafqaz Albaniyasının irsi ilə bağlı Ermənistan ərazisində araşdırmalar aparılmalıdır
Bakı-Ələt-Astara magistralındakı açıq ərazidə yanğın söndürülüb - FOTO - YENİLƏNİB - VİDEO
Bakıda payız sərgi mövsümü başlayır
Ceyhun Məmmədov: Vahid məktəbli geyimi bərabərliyin və məktəb kimliyinin formalaşmasına xidmət edir
Bakıda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB-1 - FOTO
Lənkəranda 4 gün əvvəl döyülərək xəsarət alan yeniyetmə xəstəxanada ölüb - YENİLƏNİB
Xəzər dənizində zəlzələ olub
Ukrayna Baş Qərargahı: Rusiyanın neft emalı güclərinin təxminən yarısı sıradan çıxarılıb
Zelenski: ABŞ-la dialoq aparılır, sülhə yaxınlaşmaq üçün təkliflər var
Nazirlər Kabineti məktəbli formalarına dair dəyişiklikləri təsdiqləyib
ABŞ-la Gürcüstan arasında müdafiə əməkdaşlığı müzakirə olunub
Cevdet Yılmaz Azərbaycan səfiri ilə Ermənistanla normallaşma prosesini müzakirə edib
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Vilayət Eyvazov sıra baxışı keçirib - VİDEO
Robert Mobili: Gəncəsər Monastır Kompleksinin erməni kilsəsi ilə heç bir əlaqəsi yoxdur
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
“Azərsun Holdinq” “Yaşıl dağ” ekoloji-sosial aksiyasını dəstəkləyib
MÜTDA: 104 mindən çox uşaq məktəbəhazırlıq qrupuna qəbul olub
Türkiyəli aktrisa Afra Saraçoğlu İstanbul aeroportunda saxlanılıb
Məhkəmə Ekspertizasının Metodik Fondu istifadəyə verilib
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət edib - FOTO - YENİLƏNİB
Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq
FIFA U-15 dünya çempionatı ilə bağlı Azərbaycana gələnlər üçün viza prosedurları sadələşdirilib
Özünüməşğulluq proqramı üzrə regionlarda 93 min şəxs üçün təsərrüfatlar qurulub
Tramp: Rusiya Ukrayna ilə müharibə səbəbindən dizel sənayesi üzərində nəzarəti itirib
AZAL Mərkəzi Asiya üzrə üçüşlar şəbəkəsini genişləndirir
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb
Həsən Həsənov: Ermənilər tərəfindən alban məbədlərinin saxtalaşdırılması halları çoxdur - FOTO
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Ağ Evə buraxılmayan CNN və digər media qurumları Trampı məhkəməyə verəcək
MN: Moldovanın hava məkanı bu gün ikinci dəfə pozulub
BMT Xəzər dənizi ilə bağlı layihə həyata keçirəcək
Fövqəladə Hallar Nazirliyində “Sülh Aylığı” çərçivəsində tədbir keçirilib
Azad edilmiş ərazilərdə daha 269 mina, 745 PHS aşkarlanıb
Kreml ABŞ-ın yeni sanksiyalarına münasibət bildirib
Azərbaycandan keçməklə İrandan Rusiyaya aparılan yükdə 80 kq-a yaxın marixuana aşkarlanıb
Fəaliyyətinin 10 illiyində "OBA"dan təbiətə toxunuş - FOTO - VİDEO
Ukrayna ordusu Rusiyanın 60 mln. dollarlıq radiolokasiya stansiyasını vurub
Hörmüz boğazından keçən tankerə zərbə endirilib
Peskov: Kreml Ukrayna üzrə üçtərəfli danışıqların bərpasına ümid edir
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək