Bank Of Baku

Xüsusi məruzəçi: Əlilliyi olan şəxslərin qərarvermədə iştirakı hüquqi tələbdir

Xüsusi məruzəçi: Əlilliyi olan şəxslərin qərarvermədə iştirakı hüquqi tələbdir
# 20 may 2026 16:10 (UTC +04:00)

İnklüziv şəhərlər üçün universal dizayn və əlilliyi olan şəxslərin iştirakı əsas prioritet olmalıdır.

APA xəbər verir ki, bunu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) əlilliyi olan şəxslərin hüquqları üzrə xüsusi məruzəçisi Heba Haqrass Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində əlilliyi olan insanların hüquqları üzrə dəyirmi masada deyib.

BMT təmsilçisi vurğulayıb ki, mövcud şəhərsalma və tikinti yanaşmaları çox hallarda bərabərsizliyi dərinləşdirir və universal dizayn standartlarının tətbiqi bu problemin aradan qaldırılması üçün əsas istiqamət olmalıdır:

“Bu yanaşma bahalı, istisnaedici və bərabərlik prinsipi ilə fundamental olaraq uyğun deyil. Bizə lazım olan şey universal dizaynın tikinti sahəsində əsas standart kimi qəbul edilməsidir”.

Qeyd olunub ki, əlilliyi olan şəxslər mənzil çatışmazlığı, məcburi köç, iqlim fəlakətləri və artan yaşayış xərclərindən daha çox təsirlənirlər. Bu vəziyyətin təsadüfi olmadığı, sistemli problemlərdən qaynaqlandığı bildirilib. “Bu təsirlər təsadüfi deyil, planlaşdırma, maliyyələşmə və idarəetmə sistemlərinə yerləşmiş sistemli ayrı-seçkiliyin nəticəsidir”.

Çıxışda qeyd olunub ki, fəlakətlərə həssas sosial müdafiə və inklüziv bərpa yalnız texniki yanaşma deyil, eyni zamanda insan hüququ öhdəliyidir. BMT-nin 2026–2029-cu illər üzrə strateji planı və Yeni Şəhər Gündəliyinin orta müddətli icmalı ilə uyğunlaşdırma inklüziv şəhərsalma üçün mühüm imkan yaradır.

BMT rəsmisi vurğulayıb ki, əlilliyi olan şəxslərin təşkilatlarının qərarvermə prosesində iştirakı tövsiyə deyil, hüquqi tələbdir: “Əlilliyi olan şəxslərin təşkilatları yalnız məsləhətçi rolunda deyil, həm də liderlik və birgə dizayn səviyyəsində iştirak etməlidir".

Qeyd olunub ki, bu təşkilatlar siyasətlərin formalaşdırılması, göstəricilərin müəyyənləşdirilməsi və əlçatanlıq auditlərinin aparılmasında birbaşa iştirak etməlidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR

WUF13

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR