Bank Of Baku

Estoniya parlamentinin vitse-spikeri Kristina Oyuland Elmar Məmmədyarovla görüşüb

Estoniya parlamentinin vitse-spikeri Kristina Oyuland  Elmar Məmmədyarovla görüşüb
# 20 iyun 2008 12:45 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva-APA. “Elmar Məmmədyarovla görüşümdə Azərbaycan jurnalistlərinin Estoniyada treninq keçməsi ilə bağlı müzakirələr aparmışam”. Bu açıqlamanı APA-ya Estoniya parlamentinin birinci vitse-spikeri Kristina Oyuland verib. Onun sözlərinə görə, Elmar Məmmədyarovla gələn həftə Avropa Şurası Parlament Assambleyasının yay sessiyası çərçivəsində müzakirə olunacaq Azərbaycanda demokratik institutlarının fəaliyyətinə dair hesabat, həmçinin həbsdə olan üç jurnalistlə bağlı danışıqlar aparıb: “Azərbaycan hökuməti bu problemin həlli ilə bağlı beynəlxalq təşkilatlarla çox sıx əlaqə saxlayır”. Estoniya parlamentinin birinci vitse-spikeri XİN başçısı ilə Estoniya-Azərbaycan arasında ikitərəfli münasibətləri müzakirə etdiyini, eston biznesmenlərinin Azərbaycan iqtisadiyyatına sərmayə yatırmaqda maraqlı olduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR