Bank Of Baku

Bu gün Strasburqda AŞ PA-nın yay sessiyası işinə başlayır

Bu gün Strasburqda AŞ PA-nın yay sessiyası işinə başlayır
# 23 iyun 2008 08:16 (UTC +04:00)
Deputatlarla yanaşı, sessiya çərçivəsində keçiriləcək bəzi tədbirlərdə iştirak etmək üçün Azərbaycanın bir sıra hüquq müdafiəçiləri və müxalifət nümayəndələri də Strasburqa gedib. Deputatlar bu gün Gürcüstan və Makedoniyada keçirilmiş seçkiləri müşahidə etmiş missiya rəhbərlərin məruzəsini dinləyəcək, daha sonra İsveçin xarici işlər naziri Karl Bildt AŞ Nazirlər Komitəsi adından AŞ PA-ya müraciət edəcək, Qara dənizin ətraf mühitinin çirklənməsi ilə bağlı mübarizə məsələsi müzakirə olunacaq. Azərbaycanda demokratik institutların fəaliyyətinə dair müzakirələr iyunun 24-də, “Türkiyədə demokratik institutların vəziyyətinə dair məruzə isə iyunun 26-da dinləniləcək. Türkiyənin xarici işlər naziri Əli Babacan ölkəsi ilə bağlı müzakirələrdə iştirak edəcək. Qeyd edək ki, Ermənistanda demokratik institutlarını fəaliyyəti haqqında məsələ də sessiyanın gündəliyinə növbədənkənar məsələ kimi salınıb. Monitorinq Komitəsinin sədri Sergey Qolovatıy bəyan edib ki, fevralda keçirilmiş prezident seçkilərindən sonra baş vermiş hadisələrlə bağlı AŞ PA-nın qətnaməsi Ermənistanda kifayət qədər yerinə yetirilmədiyi üçün bu məsələ ilə bağlı sessiyada növbədənkənar dinləmələr keçirilmək məqsədəuyğundur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR