Bank Of Baku

Səməd Seyidov: “AŞ PA sessiyasında Azərbaycanla bağlı müzakirələr sabah keçiriləcək”

Səməd Seyidov: “AŞ PA sessiyasında Azərbaycanla bağlı müzakirələr sabah keçiriləcək”
# 23 iyun 2008 10:27 (UTC +04:00)
Bu barədə APA-nın Avropa bürosuna açıqlama verən Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Siyasi Bürosunun iclasında sessiyanın gündəliyinin təsdiqləndiyini bildirib: “Gündəliyə Azərbaycanla yanaşı Ermənistanda da demokratik institutların fəaliyyətinə dair dinləmələrin keçirilməsi ilə bağlı məsələ daxil edildi. Bildiyiniz kimi, Ermənistan üzrə həmməruzəçilər bu ölkədə son vəziyyəti dəyərləndirmək üçün Ermənistana getməli idilər. Siyasi Büroda onların məruzəsi dinlənildi və qərara alındı ki, iyunun 25-də Ermənistanda vəziyyətə dair fövqəladə müzakirələr keçirilsin. Çünki AŞ PA-nın məlum qətnamə və tövsiyələrindən sonra bu ölkədə demokratik institutların fəaliyyətinə dair irəliləyiş əldə olunmayıb”. Səməd Seyidov Azərbaycanda demokratik institutların fəaliyyətinə dair qətnamə layihəsinin müzakirəsinin sabah keçiriləcəyini bildirib: “Siyasi Büronun iclasında prezident seçkiləri ilə bağlı ilkin məlumat verdik və iyun sessiyasından sonra ölkəmizdə keçiriləcək seçkiləri izləmək üçün AŞ PA-nın müşahidə missiyası formalaşmağa başlayacaq. Bu sessiya çərçivəsində müxtəlif görüşlərimiz olacaq, bu gün AŞ PA prezidenti ilə görüşüm nəzərdə tutulub”. Səməd Seyidov AŞ PA prezidenti Luis Mariya de Puçun ayın əvvəlində regiona səfər edəcəyini bildirib: “Biz AŞ PA prezidenti ilə bir çox məsələləri müzakirə edəcəyik. Bildiyiniz kimi, Dağlıq Qarabağ üzrə Alt Komitənin tərkibi hələ təsdiqlənməyib. Biz artıq müvafiq məktubu təqdim etmişik, Ermənistan tərəfdən isə bu ölkədə baş verən problemlərlə bağlı müəyyən problemlər var. Ümumiyyətlə deyə bilərəm ki, bu sessiya çox maraqlı keçəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR