Bank Of Baku

Azərbaycan “Şərq tərəfdaşlığı” təşəbbüsünü müsbət qiymətləndirir

Azərbaycan “Şərq tərəfdaşlığı” təşəbbüsünü müsbət qiymətləndirir
# 23 iyun 2008 11:56 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycan Avropa Birliyinin təsdiqlədiyi “Şərq tərəfdaşlığı” təşəbbüsünü müsbət addım kimi qiymətləndirir. APA-nın məlumatına görə, bunu Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Avropa Birliyi digər Avropa ölkələri, o cümlədən Azərbaycanla əməkdaşlığı daha da genişləndirməlidir: “Bu, hər iki tərəfin maraqlarına cavab verir. Azərbaycan da bu istiqamətdə addım atmağa hazırdır”. Diplomat xatırladıb ki, AB ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin strateji prioritetlərindən biridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR