Bank Of Baku

AŞ PA sədri: “Həmməruzəçilərin Azərbaycanla bağlı hesabatını gözləmək lazımdır”

AŞ PA sədri: “Həmməruzəçilərin Azərbaycanla bağlı hesabatını gözləmək lazımdır”
# 23 iyun 2008 12:05 (UTC +04:00)
APA-nın Avropa bürosunun xəbərinə görə, Luis Maria de Puç AŞ PA-nın bu gün başlayan yay sessiyasının gündəmindəki məsələlər haqda danışıb. Azərbaycanla bağlı məsələyə toxunan AŞ PA rəhbəri bildirib ki, həmməruzəçilərin hesabatını gözləmək lazımdır. O, sessiyadan sonra Azərbaycan, Ermənistan və Moldovaya səfər edəcəyini deyib. Kosovo mövzusunda sualı cavablandıran sədr hazırda Avropa Şurasının Kosovonun təşkilata inteqrasiyasına dair strategiyası olmadığını söyləyib: “Bu məqam hələ yetişməyib. Digər tərəfdən, Kosovo bunun üçün rəsmi müraciət etməyib. Avropa Şurası daxilində Kosovo məsələsinə münasibətdə yaranmış fikir ayrılıqlarını da nəzərə almaq lazımdır”. Luis Maria de Puçun sözlərinə görə, indiki mərhələdə Kosovonun AŞ-yə inteqrasiyasından danışmaq tezdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR