Bank Of Baku

Avropa İttifaqı Azərbaycanla əməkdaşlığı genişləndirməyə dair konkret təklifləri gələn il açıqlayacaq

Avropa İttifaqı Azərbaycanla əməkdaşlığı genişləndirməyə dair konkret təklifləri gələn il açıqlayacaq
# 23 iyun 2008 12:36 (UTC +04:00)
Bu barədə APA-ya Avropa İttifaqının xarici əlaqələr komissarının köməkçisi Krustian Xomann məlumat verib. Onun sözlərinə görə, “Şərq tərəfdaşlığı” təşəbbüsünün ötən cümə birliyə üzv ölkələr tərəfindən təsdiqlənməsindən sonra Avropa İttifaqı-Azərbaycan formatında ikitərəfli müzakirələrin aparılması nəzərdə tutulmur: “Bunun üçün Avropa Qonluluq Siyasəti proqramı mövcuddur. “Şərq tərəfdaşlığı” bu proqramla paralel inkişaf etdiriləcək. Həmçinin “Şərq tərəfdaşlığı” çərçivəsində inteqrasiya prosesi regional formatda həyata keçiriləcək ki, GUAM ölkələri, Moldova və Belarus Avropa ittifaqı ilə münasibətləri eyni vaxtda inkişaf etdirə bilsin. Hələlik əməkdaşlığın genişləndirilməsi forması məlum deyil. Bu kontekstdə azad ticarət zonalarının yaradılması, viza rejiminin ləğvi kimi təşəbbüslər var”. Xomann əlavə edib ki, bu məsələlər gələn ilin yazında tam konkretləşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR