Bank Of Baku

Sabah Avropada təhsil alan Azərbaycanlı tələbələrin növbəti forumu başlanacaq

Sabah Avropada təhsil alan Azərbaycanlı tələbələrin növbəti forumu başlanacaq
# 23 iyun 2008 13:15 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Avropada təhsil alan Azərbaycanlı tələbələrin növbəti forumu Yunanıstanın Afina şəhərində keçiriləcək. Gənclər və İdman
Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sabah başlanacaq forum işini iyunun 28-də yekunlaşdıracaq. Bu müddət ərzində tələbələrin Yunanıstan parlamentində gəzintiləri, Yunanıstan-Azərbaycan dostluq qrupunun üzvləri, eyni zamanda bu ölkənin Xarici İşlər Nazirliyində görüşləri nəzərdə tutulub.
Foruma dəvət olunan əcnəbi qonaqların Azərbaycan mədəniyyəti və tarixi ilə daha yaxından tanış olmaları üçün Azərbaycan gecəsinin də təşkili planlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR